Əlinə xına qoydurdu, bəlaya düşdü- FOTOLAR

22 yaşlı britaniyalı Sofi Akis Mərakeşə istirahətə yollananda unudulmaz təəssüratlar əldə edəcəyini düşünürdü.

O, gümanında yanılmayıb. Əslən Birmingemin Yardli Vud şəhərinin sakini Sofinin təəssüratları elədir ki, gənc qadın onları həyatının sonunadək unuda bilməyəcək.

Mərakeşin Aqadir kurortuna ailəsi ilə birlkidə yollanmış Sofi Akis çimərlikdə olarkən ona səyyar xınaçı yaxınlaşıb. Xınaçı britaniyalı qadına xidmətlərini təklif edib, Sofi də razılaşıb.

Xınaçı 4 funt-sterlinqin müqabilində Sofinin əllərinə qara xına ilə naxışları çəkib.

24 saat sonra isə Sofinin əlləri şişib, suluqlar yaranıb.

İndi qadının əllərində yaralar var.

Sofinin anası, 56 yaşlı Vendinin dediyinə, qızı əri ilə birlikdə Türkiyədə yaşayır və elə orada da müalicə olunacaqlar: “Orada həkimlər deyiblər ki, qara xına çox keyfiyyətsiz olduğundan qızımın əllərində ağır allerjgik reaksiya yaranıb. Qızım indi hər 10 dəqiqədən bir əllərini yod məhlulu ilə yuyur, sonra da kortizon kremi çəkir

541482_02.jpg

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol