Rəqs edən milyonçu” Bakıda – foto

İnstaqramda “rəqs edən milyonçu” kimi məşhurlaşan, 9 milyondan çox izləyicisi olan dünya şöhrətli italiyalı rəqqas Canluka Vakki Bakı Şopinq Festivalının xüsusi qonağı olaraq paytaxtımıza gəlib.

Luxlife.az-ın məlumatına görə, Canluka Vakki mayın 6-da Bakıda, “Elektra Hall”da çıxış edəcək.

Bakılıları və şəhərimizin qonaqlarını öz dicey proqramına səsləyən Canluka möhtəşəm repertuarı ilə indiyədək görülməmiş şou vəd edir.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

askammm.jpg

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol