SON MESAJ: “Deyəsən, axırım çatdı”

ABŞ-ın Minnesota ştatında yaşayan Amber Konhorstun başına gələnlər bütün dünya mətbuatının diqqətini çəkib.
Luxlife.az xəbər verir ki, gözünü açanda qanlar içində olan qadn yalnız ailəsi üçün son mesajı yazmağa imkan tapıb.
Hər şey adi həyat tərzi sürən Amberin dağlara gəzməyə getməsindən sonra baş verib. 25 yaşlı tibb bacısı Arizonaya dağ gəzintisinə yollanıb. Gəzərkən səhv addım atıb və uçurumdan yıxılıb. Gözlərini açanda qaranlıq olduğunu və ağır yaralandığını görüb. Hər yeri qan və qabırğaları sınıq-sınıq olmuşdu. Gücü ancaq telefonla mesaj yazmağa çatıb. Ailəsi üçün vida mesajını yazıb: “Anam, atam… Deyəsən axırım çatdı”.
Xoşbəxtlikdən az sonra xilasedicilər hadisə yerinə gəlib və 25 yaşlı tibb bacısını xilas edib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol