Türkiyənin ən reytinqli serialının qəhrəmanına FANTASTİK TƏKLİF

Məşhur kanaldan Çağatay Ulusoya rekord təklif gəlib.
Luxlife.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İçerde” serialı bitdikdən sonra ingilis dilini daha da inkişaf etdirmək üçün aktyor ABŞ-a, Los-Ancelesə getməyi planlaşdırır.
Məşhur kanallardan biri isə aktyorun uzun müddət televiziyadan uzaqlaşmasını istəmir. Bu səbəbdən də adı açıqlanmayan kanal Çağataya bir illik veriliş aparması üçün 2 milyon 500 min liralıq (təxminən 1 milyon 250 min manat) təklif edib. İddialara görə, aktyor təklifi qəbul edərsə, istədiyi rejissor və həmkarları ilə işləmək şansı qazanacaq.

sarp.jpg

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol