Məşhurların milyon manatlıq lüks avtomobilləri – FOTOLAR

Dünya şou-biznesinin milyonlar qazanan ulduzları bir qayda olaraq dəbdəbəli həyatı sevir. Xüsusilə kişilər qazandıqlarını lüks avtomobillərə xərcləməyə üstünlük verir.

Luxlife.az bu yazıda oxucuları avtomobil həvəskarı olan məşhurlarla tanış edib.
Müğənni Koray Avcı əvvəllər 1976-cı ilə aid “Cadillac” markalı maşın sürürdü. Köhnə avtomobillərə marağı olduğunu deyən ifaçı kolleksiya toplayır. O, hətta adını simvollaşdıraraq maşın nömrəsi üçün KRY hərflərini alıb.
“Qalatasaray”lı futbolçu Lukas Podolski instaqramda 2 milyon TL (təxminən 1 milyon manat) dəyərində alıdğı avtomobilinin fotolarını paylaşıb.
“Arsenal” futbol klubunun türk əsilli, 28 yaşlı ulduzu Məsud Özil də dəyəri milyon avrodan çox olan avtomobil kolleksiyasına sahibidir.
Ebru Şallının keçmiş həyat yoldaşı Harun Tan elektriklə işləyən avtomobillərə üstünlük verir.
Cem Yılmaz da sürət və avtomobil dəlisidir. O, bu yaxınlarda yeni avtomobil alıb. Cem Yılmazın yeni aldığı “Mercedes” markalı cipin qiymətinin 1 milyon 365 min TL olduğu irəli sürülüb.
İdman avtomobillərinə maraq göstərən Yılmaz bu dəfə də sarı rəng ultra lüks cip seçib. Komediya ustasının yeni avtomobilin kasko qiymətinin 15 min TL olduğu öyrənilib.
Xatrıladaq ki, C.Yılmazın idman avtomobili kolleksiyası var. O, iki il əvvəl dəyəri 350 min olan sarı rəngli “Ferrari” avtomobili almışdı.
Cağatay Ulusoy bir neçə ay əvvəl yeni avtomobili ilə gündəmə gəlmişdi. Aktyor bir müddətdir sürdüyü avtomobilin dizaynında dəyişiklik etmək üçün xeyli pul ödəməli olub. 160 min TL-lik (təxminən 80 min manat) yeni avtomobilinin rəngini dəyişmək üçün o, təxminən 50 min TL xərcləyib

8293758.jpg8293760.jpg8297294.jpg8293823.jpg

8293743.jpg8293748.jpg8293752.jpg8301910.jpg

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol