“Nar” işçi axtarır- VAKANSİYA

“Nar” mobil operatoru NarHome satış mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edib.

Şirkətdən fins.az-a verilən məlumata görə, 18 yaşdan yuxarı ali təhsilli, 1-2 il satış sahəsində təcrübəsi,mükəmməl MS Office bacarıqları olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi 2016-cı il yanvar ayının 8-dir.

Namizədə dair tələblər:

• Ali Təhsil

• 1-2 il satış ilə bağlı sahədə iş təcrübəsi

• Azərbaycan və Rus dillərini səlis, İngilis dilini orta bilmək 

• Mükəmməl MS Office bacarıqları

• Bütövlük

• Müştəri yönümlü

• Komanda işi və Əməkdaşlıq

• Nəticə yönümlü

• Davamlı inkişaf

• Güclü ünsiyyət bacarığı

• İnandırmaq bacarıqları

• Satış bacarığı

Əsas vəzifə öhdəlikləri:

• Hazırkı və potensial müştərilərə şirkətin məhsullarını təqdim etmək və onların satışını həyata keçirtmək

• Evlərə qədər fiber optik kabellərin çəkilməsi layihəsi çərçivəsində son istifadəçilərlə (müştərilərin) imzalanacaq abunə müqavilələrinin şərtlərinin müəyyən edilməs, razılaşdırılması və müqavilələrin Azerfon MMC-nin adından imzalanmasını həyata keçirmək 

• Fəaliyyətlə bağlı məlumatları mübadilə etmək və əks məlumatları almaq, eləcə də müvafiq şirkət heyətinə təqdim etmək

• Azərfon MMC tərəfindən təqdim olunan məhsul, mal və xidmətlər barədə daimi məlumatlı olmaq 

İş qrafiki: 11:00-20:00, səyyar satış

İş müddəti: müvəqqəti (biznes tələblərinə əsasən müqavilə uzadıla və ya daimi müqavilə təklif oluna bilər)

Son müraciət tarixi:  08.01.2016 

Müraciətlər başlıqda “NarHome satış mütəxəssisi” qeyd olunmaqla hr@azerfon.az elektron ünvanına göndərilməlidir. (Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.)

Ünvan: AZ1029,Bakı,Nizami,Heydər Əliyev,106a

Telefon: (+994 12) 444-07-30, (+99412) 444-07-77

Faks: (+99412) 444-07-31

Website: http://www.narmobile.az

Email: hr@azerfon.az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol