Maşın şou”dan kimlər və niyə imtina etdi?

ATV-də yayımlanacaq “Maşın şou”sunun başlamasına sayılı günlər qalıb.

Luxlife.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qalmaqallı, müzakirələrə səbəb olan layihədə iştirak edən məşhurların bir neçəsinin adı məlum olub.

Lakin, səs-küyə səbəb olan yarışmadan imtina edənlər də az deyil. Onlardan Kamilə Babayeva, Talıb Tale, İlkin Misgərli, Nicat Rəhimov, Damla, Günay İbrahimli, Aşıq Telli , Pərviz Bülbülə, Nuray Məhərov misal çəkə bilərik.

Günay İbrahimli, Damla, Pərviz Bülbülə, Talıb Tale, Nuray Məhərov qrafiklərinin sıx olduğu üçün “Maşın”da iştirak etmək istəməyiblər.

Aşıq Telli isə bu yaxınlarda anasını itirdiyi üçün layihə prodüserlərinə “yox” deyib. Kamilə Babayeva isə evdə azyaşlı qızı olduğu üçün yarışmaya getmək istəməyib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol