2015-də ən çox satılan 10 avtomobil – SİYAHI

2015-ci ilin ən məşhur 10 avtomobili məlum olub.

Söhbət bu il ən çox satılan avtomobillərdən gedir. Fins.az-ın məlumatına görə, bu ilin 3 rübündə dünyada ən çox satılan avtomobillərin reytinqi hazırlanıb.

Dünyada minik modelləri sırasında ən çox satılan avtomobil adını “Toyota Corolla” alıb. Yapon brendindən 9 ay ərzində dünyada 980 min ədəd satılıb.

İkinci pillədə alman brendi “Volkswagen” özünün “Golf” modeli ilə qərarlaşıb. Bu avtomobildən 794 100 ədəd satılıb.

Məşhur üçlüyü Amerika avtomobili “Ford” tamamlayır. Şirkətin F-Seriyasından olan «Bronza» pikapı 673 min ədəd satılıb.

Daha çox satılan 4-cü avtomobil siyahısında da “Ford” qərarlaşıb.Bu ilin 9 ayında dünyada 626 600 ədəd “Ford Focus” satılıb.

Reytinq beşinci pilləsində də “Toyota” qərarlaşıb. ”Toyota Camry” 599 min ədəd satışla dünyada 5-ci ən çox satılan yapon sedanı olub.

«Top-10»luqda növbəti yerləri “Hyundai Elantra”, “Volkswagen Polo”, “Honda CR-V”, “Chevrolet Silverado” və “Toyota RAV4” tutub.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol