Bu gün “Eurovision”ın qalibi bəlli olacaq

Bu gün Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin finalı keçiriləcək.

Luxlife.az xəbər verir ki, təmsilçimiz Diana Hacıyeva 12-ci sırada səhnəyə çıxacaq.

Yarımfinalların nəticəsinə uyğun olaraq, finalda 26 ifaçı mübarizə aparacaq.

Bu il müsabiqədə ümumilikdə 42 ölkə iştirak edib. Belə ki, Portuqaliya və Rumıniya yenidən müsabiqəyə qayıdıb.

Final şousu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilərlər. 2016-cı ildən səslərin sayılması qaydaları dəyişdirilib: peşəkar münsiflər və televiziya tamaşaçıları müsabiqə iştirakçılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqda əvvəlcə münsiflərin balları açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcəklər.

Diana ölkəmizi “Sceletons” mahnısı ilə təmsil edir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol