Hyundai yeni Elantra-nı göstərdi – FOTO

“Hyundai” şirkəti Cənubi Koreya üçün sedan “Avante”-nin  yeni nəslinin sirrini açıb. Digər bazarlarda isə model “Elantra” adı ilə satılacaq. Avtomobilin rəsmi təqdimatı isə 2015-ci ilin sonlarında olacaq.

Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobilin dizaynında əsaslı dəyişiklik edilməyib. Onu yeni radiator barmaqlığı, idmansayağı qabaq bamper, oxşəkilli faralar, fərqli fənərlər və yeni yüngüllehimli təkər diskləri ilə təchiz ediblər. Banım konstruksiyasının 53 %-i yüksəkdözümlü poladdandır. Aerodinamikanın müqavimət əmsalı 0.27-dir.

Qeyri-rəsmi məlumatlara görə, modelin mühərrik qammasına yeni 1,6-litrlik 4-silindrli dizel turbo mühərriki daxil edilib. Mühərrik 136 a.g. verir. Mühərrik 6-pilləli mexaniki və ya 7-pilləli iki muftalı avtomat sürət qutusu ilə birgə işləyəcək. Mühərrik qammasına, həmçinin 1,6 və 2,0-litrlk benzin mühərriklər də daxil ediləcək. Onların gücü isə 120-dən 149 a.g.-ə qədər olacaq.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol