Azərbaycanlı müğənni ölkədən qaçdı

Bir müddət əvvəl Məhəmməd Əmin Rəsulzadəyə mahnı həsr etdiyi üçün gündəmə gələn müğənni Qismət Məmmədzadə siyası sığınacaq alıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, müğənni mühacirət üçün Almaniyanı seçib.

Sənət yoldaşlarının sözlərinə görə, Qismət artıq bir neçə həftədir ki, Almaniyada yaşayır.

Sayt məlumatı dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxlayıb. Qismət hazırda Almaniyada olduğunu təsdiqləyib. Amma müğənni sığınacaq almadığını bildirib.

Qeyd edək ki, Qismət sosial şəbəkədə telekanalların ona qadağa qoyduğunu yazmışdı.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol