Görürsən ki, biri o birinin ayağının altını qazır

Luxlife.Az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləru meyxanaçı Namiq Qaraçuxurlu “Xəzər maqazin”ə açıqlamasında deyib.

İfaçı bildirib ki, hərdən tək qalmağı sevir:

“Uzun müddətdir bu şəraiti özümə yarada bilmirdim. Bu yaxınlarda getdim, iki gün tək qaldım. Özüm bişirdim, çay dəmlədim, özümə qulluq etdim. Tək olanda bəzən daha yaxşı istirahət edirsən. Bir az öz həyatım, bir az şou-biznes haqda düşündüm. Şou aləmində çox olanda çirkinlikləri görür, sənətdən iyrənirsən. Gedib dincəlirsən, qayıdır proqrama qatılırsan. İlk verilişdən görürsən ki, biri o birinin ayağının altını qazır, pislik edir”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol