Çingizin 100 maşınlıq karvanı şou imiş – FOTO

Türkiyədə “Çərkəs Çingiz” kimi tanınan, “mafiya babası” olduğunu iddia edən Çingiz Hıklaroğlunun yalanları üzə çıxıb. Üstəlik, onunla bağlı araşdırma da başlayıb.
Luxlife.Az Habertürk-ə istinadən bildirir ki, Ç.Şıklaroğlunun İnstagram-dakı profilində tez-tez ilanlar, timsahlar və s. vəhşi heyvanlarla fotolar paylaşması ilə bağlı Türkiyənin Meşə və Su İşləri Nazirliyi prokurluğa müraciət edib.

Ç.Şıkllaroğlunun evində axtarış aparılanda orada sənədləşdirilməmiş, qanunsuz saxlanan 2 tapança, 2 ov tüfəngi və 193 güllə tapılıb.
Bu arada bəlli olub ki, Ç.Şıklaroğlu guya həbs olunduğunu deyərək həbsxanaya yollanmışdı və onu da 100 maşınlıq karvan müşayiət etmişdi.

Ataşehirdəki bu maşın karvanının “mafiya adamları” yox, kirayə götürülmüş avtomobilləri sürən şəxslər olduğu bəlli olub.
Ç.Şıklaroğlu 2016-cı ildə Türkiyədə “xeyriyyəçilik” adı ilə Suriyadakı türkmənlərə yardım məqsədilə pul topladığını iddia edərək biznesmenlərə hədə-qorxu gələrək reketlə məşğul olub.
O, 10 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
O, Türkiyədə “Angel Group” adlı şirkətlər qrupunun sahibidir.

1.jpg

44.jpg

3.jpg

2.jpg

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol