O top yox, top-top-top qapıçıdır”

Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Xosep Qvardiola “Milan”ın qapıçısı Canluici Donnarumma haqda fikirlərini bildirib.

Luxlife.Az qol.az-a istinadən xəbər verir ki, “Sky Sports”a müsahibəsində o deyib ki, italiyalı gənc qolkiperin böyük istedadı var.

“Donnarumma top yox, top-top-top qapıçıdır. Qapıçıdan nə gözləyirəm? Onların vəzifəsi öz qapısını toxunulmaz saxlamaqdır. Bu, ən vacib məsələdir. Top qapıya gedirsə onu saxlamalısan” – deyə Qvardiola bildirib.

Qeyd edək ki, Britaniya mediasında “Mançester Siti”nin Donnarummaya görə 30 milyon funt təklif etdiyi bildirilir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol