Qoca oliqarxdan aktrisaya BİABIRÇI TƏKLİF: “Sevgilim ol, sənə “Porşe”, “Torqovı”da ev alım”

Özü demişkən, dəli-dolu qızdır. Çərçivələrə sığmır. Ürəyindən keçənləri olduğu kimi söyləməyə cəsarəti çatır. Azadlığını sevən, sərbəstliyini heç nəyə dəyişməyən, şirinliyi ilə hər kəsin diqqətini üzərinə çəkən yaraşıqlı aktrisa Zarinadan danışırıq.

Luxlife

.Az yenicağ-a istinadən Zarina Qurbanovanın müsahibəsini təqdim edir.

– Heç punktual deyilsən, yarım saatdır səni gözləyirik…

– Hə, punktual olmamağım ən böyük problemimdir. Teatrda da tamaşa başlayır, qışqırırlar ki, Zarina Qurbanova hardadır? Mən vaxtından gec doğulmuşam, yəqin buna görə hər yerə gecikirəm. Anamın bətnində olduğum doqquz ayda bir dəfə də olsun tərpənməmişəm, özüm də ölü doğulmuşam. Axşama yaxın ayılmışam

Bəs adın niyə Zarinadır?

– Əslində, adım Ziynətdir, atam anasının adını qoyub. Uşaqlıqdan bu adı xoşlamamışam, axırda “Zərinə” deyə çağırıblar. Universitetə daxil olandan sonra da Zərinəni “Zarina” etdim. Amma şəxsiyyət vəsiqəsində adım yenə Ziynətdir. Atam dedi bir qızım var, bir anam, heç vaxt bu adı dəyişmərəm.

– Belə mühafizəkar ata, nə əcəb aktrisa olmağına imkan verdi?

– Ay qız, heç qoyurdu ki?Atam lənkəranlıdır, deyirdi qızım başını bağlayıb, müəllimə olacaq. Mən də ürəyimdə dedim ki, qısa ətək geyinən aktrisa olum, sən də bax.

– Azadlığını buxovlayanlardansan?

– Azad insanam, baxmayaraq ki, yaşım azdır.

– Azdır deyərkən?

– 26 yaşım var, amma uşaq kimi görünürəm. Hamı elə bilir 19-20 yaşım var, yaxınlaşıb evlilik təklifi edən də olmur. Hətta saçımı da kəsdirmişəm ki, bir az yaşca böyük görünüm.

– Evdəkilər azadlığını boğmurlar?

– Mane olurdular, axırda gördülər ki xeyri yoxdur, mənimlə bacarmayacaqlar. (gülür)

– Maraqlıdır, bara, diskotekalara gedirsən, ümumiyyətlə, oğlan dostlarınla əylənməyi xoşlayırsan?

– Mən atamın işiylə bağlı Rusiyada yaşamışam, Azərbaycanda olan bar, diskoteka mənə gülməli gəlir. Xaricdə həftəsonları barlara gedirlər, içki də içirlər, amma bizdə bara pis baxırlar. Belə yerlərə xarici ölkələrdə gedirəm.

Bəs əyləncəni necə təşkil edirsən?

– Əhvalımdan asılıdır. Beynimə vurur, gecə saat 9-da hansısa ölkəyə gedirəm. Özü də qatarla getməyi çox sevirəm, yolboyu xəyallar qururam.

– Heç olmasa gerçəkləşdirirsənmi o xəyallarını?

– Hamısını.

– Cəmiyyətin mühafizəkarlığından narahat olursunuz. Bəs sənətdə necə, bu özünü göstərirmi?

– Əlbəttə. Çünki yaşıdlarımın düşüncə səviyyəsi cılızdır. 60-70 faiz gənclər çərçivədədir, onları akvariumda olan balığa bənzədirəm. Hamısı “qonşu, qohum nə deyər” qorxusu ilə yaşayır. Mən özüm atamgildən gizlin Mədəniyyət və İncəsənət Universitetinə imtahan verib, qəbul olunmuşam. Amma indiki gənclərin çoxu valideyn sözü ilə oturub-durur, öz mövqeləri yoxdur. Bu mənim ən böyük problemimdir, bunu atamgil də bilir. Ona görə də tam azad buraxıblar.

– İçindəki azadlığı sənətdə istifadə edə bilmisənmi?

– Eləmişəm. Filmlərin birində açıq-saçıq səhnədə çəkildim. “Arzuların ardınca” filmində öpüş səhnəsi oldu, çəkildiyimə çox da peşman oldum.

– Niyə?

– Çünki başladılar söyməyə, təhqir etməyə ki, bunun yiyəsi yoxdur? Amma onlar başa düşmürlər ki, biz bu yolu keçənə kimi çətinliklərimiz olub, ac qalmışıq, peraşki də yemişik.

– Xoş söz deyən olmadı heç?

– 50 faiz yazdı ki, xaricdə bunu əcnəbi aktrisa etsəydi, deyərdilər əsl sənət budur.

– Tanıdığın siyasətçilər var?

– Yox.

– Siyasi prosesləri izləmirsən?

– Siyasətçiləri atam yaxşı tanıyır.

– Partiya sədrlərindən kimisə tanıyrsan?

– Yox.

– Bəs dünyadakı siyasi liderlərdən?

– Atam həmişə bizi qorxudub ki, bu siyasətçinin adını çəkmə, siyasətdən uzaq ol, ona görə də belə məsələlərdə səriştəm yoxdur.

– Bəs qadın siyasətçilərdən hansına oxşamaq istərdin?

– Bizimkilərdən heç birinə. Çünki hamısı şan-şöhrət güdür. Peşmandı biri uşaq evinə getsin, o dəqiqə şəkillər çəkdirib, sosial şəbəkədə yayırlar. Bu sözdən sonra məni ölkədən çıxaracaqlar.

– Bəs xaricdəkilərdən kimi bəyənirsiz?

– Obamanın xanımını bəyənirəm. Səmimi danışırdı. Ağlayanda belə səmimi göz yaşı axıdır, düşünmür ki, necə ağlayım ki, fotoda qəşəng düşüm.

– Bəs Trampın xanımı?

– Cox gözəldir, ona ancaq görünüşünə görə baxıram.

Xəyanət etsən, özünə deyərsən?

– Eləsəm ağzımdan çıxacaq. Sirr saxlaya bilmirəm.

– Səncə, qadın hansı halda xəyanət edir?

– Qane olmayanda, qarşısındakı onu anlamayanda.

– Bəs niyə münasibətə nöqtə qoymurlar?

– Kişi əfəldirsə, ondan gəlir varsa, niyə nöqtə qoysunlar ki? Pulundan istifadə edirlər də.

– Sənin qabağına eləsi çıxmayıb ki?

– Yox, mən özümə o şəraiti yaratmıram.

– “2:1”-ə nisbəti necə alındı?

– Xoşuma gəldi, mənə söz çatdıra bilmirlər, amma siz çatdırdız…

 

 

yencag.az_2017-05-19_07-52-50-1024x640.jpg546406.jpg

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol