“Bu qədər susdum, yetər!”-Kənan MM

Tanınmış rejissor Kənan MM yeni filmi “Dəmir Qazan”ın çəkilişlərini yekunlaşıb.

Rejissor filmin aktyor heyəti ilə şəklini yayımlayaraq ekran işinin bitdiyini izləyicilərinə xəbər verib. Kənan MM həmçinin Azərbaycanda ilk absurd komediyanı lentə aldığını da etiraf edib: “Bu gün “Dəmir Qazan” filminin çəkilişlərini bitirdik. Yanımda olub mənim bütün əsəbi hallarıma dözüb, məni anlayıb, filmin hazır olması üçün dəstək olan hər kəsə təşəkkür edirəm. Gələcəkdə ilk absurd komediyanı biz çəkdik deməyə mən sizə icazə verirəm. Bu saat özümüzü partlamağa hazır olan bomba kimi hiss edirik. Bizi sevənlər bizə mənəvi güc, sevməyənlər isə yaratmaq üçün stimul verdi. Bu fotoda gördüklərinizin film haqqında danışmağa haqqı var”. Sonda rejissor onun işini bəyənməyənlərə də söz atmaqdan çəkinməyib: “Bu qədər susdum, yetər! Həddinizi bildirməyə gəldim. Manıs diliylə desək, tutuzdurmağa gəldim. Sizinlə sizin dilinizlə danışmağa gəldim”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol