Dünya məşhurları azərbaycanlı biznes-ledinin butikində – FOTO

Rusiyada yaşayan azərbaycanlı biznes-ledi Aysel Trudel dünya ulduzlarını qonaq edib. 

Amerikal dizayner Qabriela Herst özünün “Gabriela Hearst” brendinin yeni kolleksiyasını tanıtmaq üçün Moskvaya gəlib. Q. Hersti Moskvaya Trudellə yanaşı dəb ikonası, Buro 24/7 layihəsinin təsisçisi Miroslava Duma dəvət edib.

Tədbir azərbaycanlı biznes-ledinin “Aizel” butikində baş tutub. Qonaqlar sırasında rusiyalı müğənni Alsu, “Hello” jurnalının baş redaktoru, model Svetlana Bondarçuk, rusiyalı gimnast Svetlana Zaxarova, rus müğənni Timati və başqa məşhurlar olub. 

Qeyd edək ki, Aysel Trudel (Hüseynova) Moskvanın ən bahalı butiklərindən olan “Soho”, “Aizel’s Secret” və “Agent Provocateur” dükkanlarının sahibidir. “Marc Jacobs”, “Stella McCartney”, “Matthew Williamson”, “Michael Kors”, “Oscar de la Renta”, “Donna Karan”, “Ruffo”, “Alessandro DellAsqua”, “Helmut Lang”, “Calvin Klein Collection”, “Burberry Prosum”, “Celine”, “Lanvin” və “Christian Laboutin” kimi super brendləri Rusiya bazarında təmsil edir.

37 yaşlı azərbaycanlı biznes- ledinin həyat yoldaşı isə kanadalı memar Lui Trudeldir.

Cütlüyün iki övladı var: bir qız və oğlan.

LuxLife.Az

{gallery}boutique{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol