Azərbaycanda “Son zəng” iki dəfə çalınacaq…

Bu il də Azərbaycanda “Son zəng” iki dəfə çalınacaq.

Luxlife.az xəbər verir ki,Xankəndi şəhərində, Şuşada, işğal olunmuş digər ərazilərimizdə mayın 25-də, Bakıda və digər bölgələrimizdə isə iyunun 14-də.

Beləliklə, bu il də öz doğma məktəblərində “Son zəng” sevincini yaşamaq haqqını özlərini məzlum, yazıq və bəxtsiz sayan ermənilər minlərlə azərbaycanlı balalarından peşəkar həyasızlıqla alacaqlar.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma elm, təhsil və idman “nazir”i Mikael Ambartsumyanın kütləvi informasiya vasitələrinə verdiyi məlumata görə “DQR”-in 217 ümumtəhsil məktəbində 1979 nəfər 9-cu sinif, 1020 nəfər isə sonuncu sinif məzunu “Son zəng” təntənəsini yaşayacaq. “Nazir”in qeyd etdiyinə görə, “Son zəng” şənliklərinin qarşısının alınması mümkün deyil, çünki bu tədbirləri məzunlar və valideynlər özləri təşkil edirlər. Mikael Ambartsumyan nikbinliklə səsləndirdiyi bu fikrirlərlə dolayısı yolla media nümayəndələrinə çatdırmaq istəyib ki, həm məzunlarda, həm də valideynlərdə böyük ruh yüksəkliyi var. “Nazir”in bu fikirdə qeyri-səmimi olmasını isə ermənilərin digər media qurumları təsdiq edib. “Son zəng” öncəsi müxtəlif KİV-lərə müsahibə verən erməni valideynlər həyat tərzinin çətinliyindən, övladlarının qeyri-müəyyən gələcək talelərindən, müharibənin başlanacağından narahat olduqlarını bildiriblər.

Erməni valideynlərinin haqlı narahatlığını anlamaq o qədər də çətin deyil. O ki, qaldı erməni “nazir”in sərsəmləməsinə, onun qulaqlarının Andranikdən fərqli olaraq kəsilməyinə yox, bir zəng eşitməyinə ehtiyacı var: Azərbaycan ordusunun “Zəfər zəng”inə…

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol