Özəl təbrik olmadı, ağladım” – aparıcının ad günündən fotolar

Aparıcı Könül Muxtarova mayın 23-də ad gününü qeyd edib.Aparıcının özəl günündə dostları və yaxınları iştirak edib. Könül saytımıza açıqlamasında dəbdəbəli ad günü keçirmək niyyəti olmadığını deyib:

“Əslində ad günüm ayın 21-də idi, mən 23-ü qeyd etdim. Möhtəşəm bir şey keçirmədim. Sadəcə olaraq, hər gün bir yerdə olduğum insanları çörək yeməyə dəvət etmişdim. Həmin günü dost-tanışla qeyd etmək üçün bir bəhanə olmasını istəmişdim”.

K.Muxtarova ad günündə ilk sürprizin qızı İnci tərəfindən edildiyini bildirib:

“Səhər efirində redaktorum qulağıma dedi ki, tamaşaçı zəng eləyib. “Alo” desim, İnci “ana” söylədi, ürəyim partladı, çox əsirdim. Günüm yaxşı başlamışdı, ancaq həmin gün bir anlıq özümü tək hiss etdim. Bu qədər dost-tanış, bu qədər telefon zəngi olur, amma insanın həyatında kimsə olmalıdır ki, ondan özəl təbrik alasan. O da olmadığından ağladım. Əkizlər bürcüyəm, həmin gün həm gülüb, həm ağladım. Yəqin ki, xoşbəxt sayıla bilərəm”.

Aparıcı yaş kompleksi olmadığını da qeyd edib:

“Yaş üstünə yaş gəldiyi üçün kədərlənmədim. Çünki 28 yaşım oldu və bir anlıq düşündüm ki, 30 yaşımda artıq qızımı birinci sinfə aparacağam.O mənim ən böyük təsəllimdi. Ən azından insanlar üzümə baxanda 23-24 deyir. Ona görə yaşımla bağlı problemim yoxdur”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol