Emin əfsanəvi müğənninin evində

Müğənni-bəstəkar Emin Ağalarov əfsanəvi müğənni Elvis Preslinin evində olub.

LuxLife.Az-ın məlumatına görə, dünya şöhrətli müğənninin evindən foto paylaşan Emin bunları yazıb:

“Memfisdə Qreysləndi ziyarət etmək həyatımda ən özəl gün idi. 1957-ci ildə Elvisin aldığı malikanə… Mən onun musiqisini sevdiyim üçün oxumağa başladım və hələ də öz şoularımda onun mahnılarını ifa etməkdən həzz alıram. Əsl fanatam! Möhtəşəm evinə səyahətim üçün Prisçilla Presliyə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, 1971-ci ildə Elvisdən boşanan Prisçilla Presli 1982-ci ildən onun Qreyslənddəki malikanəsini əhalinin ziyarəti üçün açıq elan edib.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol