Daha bir məşhur “Maşın”a vida etdi

Əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu “Maşın” realiti-şounu bu gün müğənni Təranə Qumral tərk edib.

Luxlife.az-ın məlumatına görə, iştirakçıların seçimi ilə tribunaya müğənni Təranə Qumral çıxıb.

O, səs topladığı təqdirdə 3 gündür söz savaşına çıxdığı aktyor Sərxan Kərəmoğlunu oyundan uzaqlaşdıracağını bildirib.

Sonda tamaşaçıların səsverməsi ilə 32,18 faiz toplayaraq T.Qumral özü oyundan gedib.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.

Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, Nadir Qafarzadə, rejissor Aqil M.Quliyev, rəqqasə Oksana Rəsulova davam etdirir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol