Bir ay əvvəl ana olan müğənni 9 kiloqram arıqladı – fotolar

Bir ay öncə ana olan müğənni Siara 9 kiloqram arıqlayıb.Luxlife.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Sienna adlı qızını dünyaya gətirən ifaçı hamilə vaxtı yığdığı 27 kiloqram çəkini qısa zamanda atmaq fikrindədir.

Bu barədə Siara İnstaqram səhifəsində qeyd edib. O, tərəzi üzərində duraraq çəkilmiş şəklini sosial mediada yerləşdirib və yazıb:“4 həftəyə 9 kiloqram arıqlamışam. Qalıb 18 kiloqramım”.

Xatırladaq ki, sənətçi hamiləliyin 7-ci ayında “Harper’s Bazaar” jurnalı üçün çılpaq fotosessiyası ilə gündəmə gəlmişdi.Rassel Vilsonla evli olan Siaranın iki yaşlı oğlu da var.

ceki1.jpganaaaa.png

Ceki3.jpg

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol