“Uşaqlarımdan biri prezident olacaq” – Doğuş

Azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, müğənni Doğuş həkim dostu Alper Çeliklə birlikdə Kuruçeşmədə iftar yeməyi təşkil edib.

Luxlife.az Türkiyə mediasına istinadən xəbər verir ki, Doğuş eyni zamanda “Asla vazgeçme” mahnısına çəkilmiş klipinin təqdimatını da edib.

Şəkər xəstələrinə ithaf edilən klipdə həkim Çelik və xəstələri də yer alıb. Doğuş daha sonra açıqlamasında əkizləri Arda və Arından danışıb:

“Uşaqlarım mənim üçün çox önəmlidir. Mənim yaşadıqlarımı onlar yaşamayacaq. Mən küçələrdə böyüdüm. Onlar oxuyacaq, əlləri qələm tutacaq. Biri dövlət başçısı, biri də sənətçi olacaq”.

122776_mhvftago8s.jpg

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol