Bu gündən magistraturaya ixtisas seçimi BAŞLAYIR

Bu gündən magistratura səviyyəsinə qəbul imtahanlarının müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçimini yerinə yetirə bilərlər.

Luxlifel.az – ın məlumatına görə, seçimlər iyunun 19-dək internet vasitəsilə davam edəcək.

Xatırladaq ki, müsabiqəyə yalnız ixtisaslaşma seçimini edərək təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Qeyd edək ki, DİM-in 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 4-də keçirilən qəbul imtahanının ikinci mərhələsinin nəticələrinə görə imtahanda 9 503 bakalavr iştirak edib. 19 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol