Apple” krossovkaları “eBay”da 15 min dollara satılır

“Apple” brendinin krossovkaları “eBay” internet hərracında satışa başlayacaq.

Luxlife.az-ın “actualnews.org” saytına istinadən məlumata görə, yalnız şirkətin əməkdaşları üçün nəzərdə tutulan və müəyyən limitdə olan ayaqqabı seriyasının satışının başlanğıc qiyməti 15 000 dollar təşkil edir.

Lot sahibi öz orijinal krossovkalarını ən azı 24 000 dollara satmaq niyyətindədir. Qeyri-adi lot iyunun 6-da elektron hərrac saytında yerləşdirilib. Təklif olunan ayaqqabı “Apple” şirkətinin loqotipi ilə tikilmiş eksklüziv bir cüt ağ krossovkadan ibarətdir.

Qeyd edək ki, krossovkalar ideal şəraitdədir. Bu seriya 90-cı illərdə istehsal edilib və belə heç vaxt hərraclarda satışa çıxarılmayıb. Satışlar iyunun 11-də səhər saat 9.00-da başlayacaq. Satıcının bu köhnə ayaqqabını haradan aldığı barədə məlumat verilmir.

df47ba311e457111e44b354e790a7378 (1).jpg

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol