Əngəlli fanatı ilə görüşən Beren kövrəldi – fotolar

Aktrisa İraqdan gələn gənc qızın xəyalını gerçəkləşdirib.Belə ki, Anoo Hayder adlı qızla ofisində görüşən Saat yarım saat onunla söhbətləşib. Hayder “Gələcəkdə nə olmaq istəyirsən” deyə soruşan aktrisaya xəyallarından bəhs edib. Daha sonra isə ona özü ilə gətirdiyi boyunbağısını bağışlayıb.

Çox sevinən və yaşamaq eşqi güclü olan fanatına sarılan Beren “Səninlə qürur duyuram” deyərək kövrəlib. Göz yaşlarını saxlaya bilməyən aktrisa iraqlı fanatını sosial şəbəkədən də izləməyə başlayıb.

Anoo açıqlamasında Berenin çox təvazökar olduğunu deyib:“Bahar qədər, göy üzü qədər gözəl Beren Saatı gördüm, daha məndən xoşbəxt olanı yoxdur. Onu çox sevirəm”.

122915_tvzgfve82d.jpg122913_53crf6nasn.jpg

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol