Milyonlarla axmağın çox sevəcəyi daha bir şey hazırlayıram – Stress çarxını yaradan

Bütün dünyada olduğu kimi Azərbaycanda da geniş yayılan stress çarxını yaradan cənubi koreyalı ixtiraçı Hyun-Jin Kvon inkişaf mərhələsində olan daha bir layihəsindən danışıb. Bir çox detalları paylaşmayan, lakin ixtirasına böyük ümüd bəslədiyini bildirən Kvona görə bu əşya da dünya miqyasında milyonlarla axmağın xoşuna gələcək.  Cənubi Koreyanın paytaxtı Seulda keçirilən mətbuat konfransında çıxış edən stress çarxının ixtiraçısı Hyun-Jin Kvon yeni məhsulun təqdimatına keçmədən əvvəl stress çarxına maraq göstərən bütün dünya axmaqlarına təşəkkür edib.
Kvon “Üzümü qara çıxartmadınız, hamınız çox sağ olun, var olun. Stress çarxını tapdığım zaman dedim ki, “Hyun-Jin hazırda sən elə bir icad etdin ki, sənin ehtiyacın olan yeganə şey milyonlarla axmaq və başıboş insanlardır. Eh, o da onsuz da mövcuddur. Bu nöqteyi nəzərdən hədəfdə tutduğum kütlənin bütün insanlar olduğunu söyləyə bilərəm” deyərək ikinci layihəsi haqqında danışıb.
Daha sonra bacarıqlı ixtiraçı açıqlamalarını belə davam etdirib:
“Düzdür, stress çarxı böyük uğur qazandığı üçün tez qürrələnmək lazım deyil. Vacib olan zirvəyə çıxmaq deyil, orda qala bilməkdir. Apardığımız araşdırmalara görə, hələ dünyada olan “axmaqlar bazarı” doymuş vəziyyətdə deyil. Millət yeni bir şey çıxsın biz də pul xərcələyək deyə gözümüzün içinə baxır. Bəlkə də işin sirri burdadır, heç bir işə yaramayan əşyanı insanların qarşısına qoya bilməkdir. Biz stress çarxını ilk dəfə istehsal edəndə Çindəki ixtiraçılar belə “bu, tam olaraq nədir?” deyə soruşdular. “Sən onu hələ çevir” deyə cavab verdim. Beyinsizlər bu kiçik əşyaya mübtəla oldular. İndi isə qarın toxluğu ilə stress çarxı istehsal edir”.
Kvon “Lakin yeni yaradacağımız məhsul üçün 5 dollar ödəməyə hazır olduqlarını deyənlər üçün “Wi-Fi” özəllikli yeni modelini çıxartmağa və 50 dollardan sırımağı planlaşdırırıq. Daha yüksək səviyyəli və varlı axmaq və başıboşlar isə qızıldan hazırlanan stress çarxı çıxarsa, 500 dollara qədər pul ödəməyə hazırdırlar” deyərək şok etiraflarla çıxış edib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol