Dünyanın arxa çevirdiyi Qətərin bilmədiyiniz SİRLƏRİ: İNANILMAZ FAKTLAR – FOTO

Bir neçə gündür ki, dünyanın ən qızmar və ən zəngin dövlətlərindən biri olan Qətərin terrorizmə dəstək verməsi ilə əlaqədar yayılan iddialar, həmçinin bir sıra ərəb ölkələrinin rəsmi Doha ilə diplomatik əlaqələrini kəsməsi siyasət gündəmini əməlli-başlı zəbt edib. Baş verən bu hadisələrdən sonra Qətərə turist sayının azalacağı istisna olunmur. Bununla belə qeyd etmək lazımdır ki, dünyanın ən zəngin ölkələrindən birində doğulmaq şansından məhrum olan insanlar üçün Qətər hər zaman maraq obyektidir. Əlbəttə ki, seçim hər kəsin özünə aiddir. Lakin bu məsələdə təbiəti günahladıra bilmərik. Ən azından unutmaq olmaz ki, Qətər indiyədək ən təhlükəsiz ərəb ölkəsi olub..

Dünyanın ən isti ölkəsi
Asiyanın Cənub-Qərbində yerləşən Qətər dünyanın ən isti ölkəsidir. Orta tempratur 44°C olsa da, Ərəbistan və İran yaylalarının səhra və yarımsəhralarından gələn hava axını tempraturun 50 dərəcəyədək yüksəlməsinə səbəb olur. Qışda tempratur aşağı düşür, hava ilıq və yağışlı, yay quraq keçir. Burada ilin on ayı ərzində şimal-qərb küləkləri əsir. Bu küləklər qışda yağıntı, yayda isə toz və qum gətirir. Yağntı mövsümü noyabrdan başlayır və marta qədər davam edir. Digər aylarda demək olar ki, yağıntı düşmür. Buradan belə nəticəyə gəlmək olar ki, Qətər dünyada kondisionerlərin ən çox istifadə edildiyi dövlətlər arasında liderdir.
Yerli sakinləri ötüb keçən mühacir axını
Qətər ya da rəsmi adıyla Qətər Əmirliyi Ərəb yarımadasının şərqində olan Fars körfəzinə uzanan ölkədir. Şimal-qərbdən Bəhreyn, qərb və cənubda Səudiyyə Ərəbistanı, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Tək quru sərhəd qonşusu Səudiyyə Ərəbistanı olub digər tərəfləri Fars körfəzi ilə əhatələnib. Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Yerli sakinlərin təxminən qırx faizi ərəblərdir. Lakin İran, Pakistan və Hindistandan gələnlər də var. Baxmayaraq ki, Qətərdə rəsmi dil – ərəb dilidir, demək olar ki, sakinlərin əksəriyyəti ingilis dilini mükəmməl bilir.
Hazırda Qətərdə iki milyondan bir qədər artıq adam yaşayır. Özü də əhalənin 70 faizi kişilərdir. Son illərdə Qətərdə əhalinin sayı çox sürətlə artıb. Bu, ölkəyə işləmək üçün kütləvi şəkildə gələn mühacirlərin hesabına baş verib. 2004-cu il əhalinin siyahıyaalınması zamanı əldə edilən məlumata görə, ölkənin 80 faizini müsəlmanlar, təxminən 9 faizini xristianlar, yerdə qalanı isə digər dinlərin nümayəndələri təşkil edir. Bütün ölkə əhalisinin 90 faizi Qətərin paytaxtı Dohada yaşayır. Yeri gəlmişkən, dövlətdə mütləq monarxiya inkişaf edib. Yəni hakimiyyət monarxın əlində cəmləşib.
Neft və milyonlar səltənəti
Ərəb dövləti sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin ölkələrindən biridir. Dövlət büdcəsinin yarıdan çoxu bu faydalı qazıntıların hesabına artır. Ölkə əhalisinin hər adam başına düşən ÜDM payına görə Qətər dünyada birincidir, təbii qaz ehtiyatlarına görə isə dünyada üçüncü yerdə dayanır. 2016-cı ildə həmin göstərici Qətərdə 129,700 dollar olub. Lakin Qətər əhalisi arasında sərvət bərabər paylaşılmayıb. 2015-ci ildə BBC-ə danışan miqrantlar isə ayda 350 dollar qazandıqlarını bildiriblər. Sabiq əmir Şeyx Həməd bin Xəlifə əl-Thani 2.4 milyard dollar dəyəri olan sərvətə malikdir.
Ölkədə metallurgiya sənayesi də inkişaf edib. Kənd təsərrüfatı isə ürəkaçan vəziyyətdə deyil. Yerli məhsul əhalinin ən az 10 faizinin tələbatını ödəməyə qadirdir. Amma bu, təəccüblü deyil, çünki, demək olar, bütün dövlətin ərazisi səhralıqdır. Nadir sahələrə yalnız Qətərin şimalında rast gəlinir. Bununla yanaşı, iqlimi qurudur, axar çaylar yoxdur, ona görə də su qıtlığı hökm sürür. Yalnız dəniz suyunu şirinləşdirmək yolu ilə istifadə etmək olar. Yeraltı mənbələrsə azdır və şimalda yerləşir. Nəticədə, Qətərdə heyvanlar aləmi də kasıbdır.
Doha
Qətərin paytaxtının əsası 1867-ci ildə Fars Körfəzi sahillərində qoyulub. Doha şəhəri tozdan, qumdan inşa edilib, amma zibil çox nəzərə çarpmır. Qətərin paytaxtı Doha gözəlliyi, ultramüasir göydələnləri ilə Fars körfəzinin ən cəlbedici şəhərlərindən biridir. Bu ölkədə həyat sakit, insanlar olduqca xoşbəxt və firavan görünür. Yerli əhali qara işlərdə demək olar ki, çalışmır. Əhalinin böyük əksəriyyəti yalnız günorta saatlarına kimi işləyir. Günün ikinci yarısı küçədə insanlar gözə dəymir, ona görə də rəsmi görüşlər səhər saatlarına planlaşdırılır. İnsan əllərinin yaratdığı cənnətə yeganə kölgə salan mənfi cəhət şiddətli istilərin olmasıdır.

a17-26_9.jpg45ca57e50782d51840922add43fd75f3.jpgkatar-0923-min.jpgKatar-1.jpgkatar.jpg

Maraqlı faktlar
Neftdən gələn gəlirlər sosial sahələrə xərclənir. Bundan yalnız Qətər vətəndaşları istifadə edə bilərlər.
Qətərlilər ənənəvi ağ (kişilər) və qara (qadınlar) geyimdə gəzirlər. Bütün qadınlar üzü bağlı gəzir.
Yağ-bal içində üzən qətərli kişilərin çoxu artıq çəkidən əziyyət çəkir.
Qətərdə cütlüklərin hoteldə gecələməsi üçün nikah haqqında şəhadətnamə tələb olunur.
Dizdən yuxarı, çiyni açıq geyimlərdə gəzmək ədəbsizlik hesab olunur, amma klublarada belə geyimlərə icazə verilir.
Şou-biznes yoxdur. Qətərdə dünya ulduzları ilə yanaşı, misir və livan artistləri populyardır.
Əl-Cəzirə Qətərin ən məşhur və hörmətli ərəb telekanalıdır.
Neft quyuları tapılana qədər Qətər dünyanın ən böyük mirvari istehsalçısı kimi məhşur idi.
“Qatar Airways” dünyanın ən təhlükəsiz avia şirkətinlərindən biridir, eyni zamanda Barselona futbol klubunun rəsmi sponsorudur.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol