Millimizin yeni formasının qiyməti açıqlandı – Foto

Bu gün Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyundan əvvəl mərkəzi arenada yerləşən satış məntəqələrində milli komandanın yeni oyun formasının limitli sayda endirimli satışı olacaq.

AFFA-nın “Facebook”dakı rəsmi səhifəsinin yaydığı məlumata görə, limitlə olan formaların endirimli qiyməti 68 AZN təşkil edir.

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı saat 20:00-da start götürəcək.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol