iPhone 8” və “iPhone 7s Plus” gəlir – Foto

Məşhur insayder Bencamin Geskin “Twitter” səhifəsində “iPhone 8” və “iPhone 7s Plus” smartfonlarının sonuncu çertyojlarını dərc edərək qurğuların istehsalına başlanılmasını bildirib.

Luxlife.az Azərtac-a istinadən xəbər verir ki, “iPhone 8” smartfonunun ölçüləri bir qədər irəliyə çıxan kamera modulu nəzərə alınmadan 143,4 x 70,77 x 7,51 millimetr təşkil edir. Bundan başqa, çertyojdan məlum olur ki, “Touch ID” sensoru qurğunun ekranının arxasında yerləşəcək. Beləliklə, arxa paneldə barmaq izi skanerinin quraşdırılacağı barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Öz növbəsində, “iPhone 7s Plus” smartfonunun qabaritləri 158,38 х 78,1 millimetrə bərabər olacaq. Yeni smartfonun ölçüləri əvvəlki nəsil qurğuların analoji göstəricilərinə uyğun gəlir. Həmçinin qeyd olunur ki, “iPhone 8” xarici görünüşünə görə bir müddət əvvəl dərc edilən fotoşəkillərlə uyğunluq təşkil edir. Bundan əlavə, “iPhone 7s Plus”un dizaynı hazırkı qabaqcıl “Apple” qurğusundan fərqlənməyəcək.

Xatırladaq ki, B.Geskin bundan əvvəl yeni “Apple” smartfonlarının sentyabrın 17-də nümayiş olunacağı, qurğuların satışına həmin ayın 25-dən etibarən başlanacağı barədə məlumat verib.1497103150-9589.png1497103149-5739.png1497103150-5978.png1497102984-3103.jpeg

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol