“Onun evində çörək kəsmişdim” – Oksana İslam haqda

“Maşın” realiti-şousunun növbəti buraxılışı da qalamqalsız ötüşməyib.

Luxlife.az-ın məlumatına görə, aktyor İslam Mehrəliyevin rəqqasəni şoudan uzaqlaşdırmaq istəməsinə Oksana Rəsulova pis olub. Göz yaşlarını saxlaya bilməyən Oksana dost bildiyi İslamın onu arxadan vurduğunu deyib.

Rəqqasə bu qədər səs toplayacağına inanmadığını söyləyib. Şoudan sonra Oksana açıqlama verərək İslamın ona etdikləri haqda bunları deyib:

“Mənim gözəl xalqım, çox sağ olun. Qadınlarımız, bəylərimiz səs göndərdi ki, bu şouda qalım, rəqabətimi aparım. Bir az yox, çox heyfsləndim. Hər kəsdən gözləyərdim, ondan gözləməzdim. Mənə bir rəfiqəm demişdi ki, o insandan hər şey gözlə. Cavab verdim ki, yox, nə danışırsınız… Onunla bir filmdə çəkilib, evində olub çörək kəsmişəm. Uşağı doğulanda yanınada olub, birlikdə qeyd etmişəm. Həyatdı, hər şey ola bilər”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol