Təhsilləri yarımçıq qalıb – amma sərvətləri dodaq uçuqladır

Axşam.az xarici KİV-ə istinadən şöhrət qazanmaq üçün təhsilini yarımçıq qoyan məşhurları təqdim edir:

Ledi Qaqa – Nyu-York Universitetinin incəsənət fakultəsinə daxil olan şanslılardan biri olub. Lakin müğənnilik karyerasında uğur qazanmaq üçün ikinci kursdan təhsilini yarımçıq qoyub. Atası musiqidə uğur qazanmassa, universitetə yenidən geri dönəcəyi şərtiylə bunu qəbul edib. 2008-ci ildə Qaqa rekord bir razılaşma ilə Los-Ancelesə köçüb və ilk albomu “The Fame”i çıxarıb. Məşhur simanın indi təxminən 220 milyon dollarlıq sərvəti var.

Aktyor, rejissor və yazıçı Tom Hanks film ulduzu olmadan əvvəl Kaliforniya Əyalət Universitetində oxuduğu teatr təhsilini yarımçıq qoyub. Lakin dünyaca məşhur olan aktyor indi təxminən 350 milyon dollar dəyərində sərvətə malikdir.

“Facebook” yaradıcılarından biri olan Mark Zukerberq psixologiya və kompüter təhsili üçün “Harvar” universitetində dərslərə başlamışdı. Mark “Facebook” üzərində işə davam etmək üçün ikinci il universiteti yarımçıq qoydu. 23 yaşında saytın müvəffəqiyyəti sayəsində milyarder oldu. Zukerberqin indi təxminən 34.8 milyard dollar sərvəti var.

Hollivudun ən çox qazanan aktyorlarından olan Tom Kruz da təhsilini yarımçıq qoyan məşhurlardandır. Lakin sərvəti təxminən 480 milyon dollar civarındadır.

123197_gkj0npmvoj.jpg

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol