Ərzaq məhsullarının qiyməti bahalaşıb

Bu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən Axşam.az-a verilən məlumata görə, bu ilin may ayında aprel ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,1% bahalaşıb, ərzaq məhsullarının qiymətləri isə 1,3% ucuzlaşıb.

Ay ərzində düyü, kərə yağı, pendir, meyvə şirəsi, spirtli içkilər, qəhvə, çay və kakao, soğan, kartof, yerkökü, balqabağın qiymətlərində bahalaşma, makaron məmulatlarının, manna və qarabaşaq yarması, mal, qoyun və toyuq əti, balıq məhsulları, süd, yumurta, günəbaxan və qarğıdalı yağları, şəkər və şəkər tozu, tütün məmulatları, pomidor, xiyar, göyərti, kələm, badımcanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol