Bu gün onlar üçün “Son zəng” çalındı

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda “Son zəng”dir.Luxlife.az-ın məlumatına görə, ölkə ərazisində yerləşən bütün məktəblərdə 11-ci sinfi bitirənlər üçün sonuncu dəfə zəng çalınıb.

Əməkdaşımız Bakının Nərimanov rayonu 73 saylı məktəbində olaraq, oradan görüntülər lentə alıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə son bir neçə ildir “Son zəng” iyunun 14-də keçirilir. Əvəllər isə bu tədbir mayın 25-də olurdu.

Bu il Azərbaycanda respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir.

2017-2018-ci tədris ilinin əvvəlində 164 945 nəfərin I siniflə gedəcək.

Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol