Şokoladla da gözəlləşmək olar

Çoxları “baxımlı” olmaq deyəndə ancaq üz və əl dərisinə qulluq etməyi başa düşür.

Halbuki, dəriyə mütəmadi olaraq qayğı lazımdır. Əks halda, yaşlanmanın qarşısını ala, quru və problemli dəridən xilas ola bilməzsiniz.

Daim gözəl qalmaq istəyən xanımlar üçün şokoladlı bədən maskasını təqdim edirik: 

Tərkibi:

10 damcı portağal yağı

50 qram kakao tozu

2 xörək qaşığı dəmlənmiş yaşıl çay

50 qram gil

50 qram aloe-vera geli

Hazırlanması:

Bir kasaya sıra ilə kakao tozunu, gili və aloe-vera gelini əlavə edib qarışdırın. Qarışığa yaşıl çay, portağal yağı əlavə edib təkrar qarışdırın. Maska çox duru olmamalıdır. Həddən artıq duru olsa, gilin miqdarını çoxaldıb məcun əldə edin. Daha sonra maskanı fırça ilə bütün bədənə çəkin. 15­-20 dəqiqə gözlədikdən sonra yuyunun.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol