Azərbaycanlı xanım futbolçu cinsiyyətini dəyişir – Səbinə Sebastiana necə çevrildi?

İndi onun bu addımı çoxları tərəfindən müzakirə olunur. Söhbət Mingəçevirdə doğulan, hazırda isə ABŞ-da təhsil alan Səbinə Kurqunayevadan gedir.

Məsələ burasındadır ki, Səbinə hormonal müalicə üsulu ilə cinsiyyətini dəyişmək qərarına gəlib və bunu çəkinmədən bəyan edir. Özünü isə artıq Səbinə kimi yox, “Sebastian” olaraq təqdim edir.

Məsələ ilə bağlı sayta açıqlama verən Səbinənin məşqçisi İlqar Hüseynov sabiq tələbəsini belə xatırlayır:

“Hazırda ABŞ-da yaşadığını bilirəm. Mənim yanıma yeni-yeni məşqə gəlirdi. 1 il oynadıqdan sonra xaricə getdi. “Mingəçevir” klubunda çıxış edirdi. Cinsiyyətin dəyişir? Necə ki? Bu barədə məlumatım yoxdur. 3 ildən çoxdur ki, ondan xəbər almıram. Anası məşqə gəlməyə icazə vermirdi. Atası da rəhmətə gedib. Düzü, onları yaxşı tanımıram. Səbinəyə məşq keçən vaxtı onunla bağlı şübhələrim olmayıb. Bilmirəm ora gedəndən sonra nə fikirləşib. Görəsən anasının xəbəri var? Əgər Allah onu qız yaradıbsa, o da olduğu kimi qalmalıdır. Cinsiyyəti dəyişmək nə deməkdir? Onun bu addımına münasibətim çox pisdir. Ağılsızlıq edib”.

———–

15:07

Səbinə Kurqunayeva azərbaycanlıdır. Mingəçevir şəhərində doğulub, yaşayıb. O, artıq iki ilə yaxındır ki, ABŞ-a köçüb və orada təhsil alır.

Visiontv.az azadqadin.az-a istinadən bildirir ki, Səbinə doğulduğu cinsi kimliyi qəbul etmir və Amerikada hormonal müalicə üsulu ilə cinsiyyətini dəyişmək qərarı verib. Özünü daha çox Sebastyan kimi təqdim edən bu gənc hazırda müalicəsinin ilkin mərhələsindədir və həkimlərin məsləhəti ilə testesteron qəbul edir.

O, bütün bu prosesi özü videoya çəkir və müalicəsini gün-gün və anbaan qeydə alır. Sebastyan testesteron qəbulundan sonra bədənində baş verən ən xırda dəyişiklikləri danışır, dərmanların ona necə hiss etdirdiyini açıqlayır.

Sebastyan bildirir ki, bütün bu dəyişiklik prosesini axıra qədər çəkəcək və danışacaq. O, eyni zamanda hər gün özünün bir şəklini çəkdiyini də bildirir. Bunu ona görə edir ki, müalicənin sonunda özü tam effekti görə bilsin.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol