Nazir Kəmalə Müzəffəri mükafatlandırdı

Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Kəmalə Müzəffər mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

Luxlife.az xəbər verir ki, mükafatlandırma mərasimi teatrda iyunun 14-də keçirilib. Aktrisa həmin zaman Astanada keçirilən V “Səhnədən salam” Beynəlxalq Teatr Festivalında iştirak etdiyi üçün mükafatı K.Müzəffərə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov təqdim edib.

Fəxri Fərman bu günlərdə 50 illik yubileyi tamam olan aktrisaya kino və teatr sahəsində uğurlu fəaliyyətinə görə verilib.

Təəssüratlarını bölüşən aktrisa qazandığı uğurların və mükafatların bütün teatra məxsus olduğunu, ölkənin ən işgüzar və mehriban kollektivi ilə bir yerdə çalışdığı üçün özünü şanslı hesab etdiyini dilə gətirib. O, mükafata görə Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, aktrisa 1990-cı ildən Dövlət Gənc Tamaşaçılar Teatrında çalışır.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol