Erməni mahnısını niyə bizim adımıza çıxırlar? Bizə də oğru damğası vurmaq üçün? – VİDEO

Xəzər televiziyasında aylar öncə efirə getmiş veriliş bu günlərdə sosial şəbəkələrin gündəminə gəlib.

Verilişdə ZH Ritm qrupu erməni bəstəkar Ara Gevorkyanın “Artsax” kompozisiyasını ifa edir. Həmin kompozisiyanı aparıcı xanım Fikrət Əmirovun “Qarabağ” kompozisiyası olduğunu iddia edir.

Ermənilərin daim bizim mədəniyyət nümunələrimizi oğurlaması pisimizə gəlib. Hər zaman onları oğru adlandıraraq qınamışıq. Bəs nəyə görə indi həmin əməli bizim televiziyalarımız təkrarlayır? Bizə də oğru damğası vurmaq üçünmü?

Xatırladaq ki, aylar öncə bu barədə Firkət Əmirovun oğlu da Moderator.az açıqlama vermişdi və bildirmişdi ki, atasının belə bir mahnısı olmayıb.

Fikrət Əmirovun oğlu Cəmil Əmirov da deyir ki, Fikrət Əmirovun belə bir əsəri yoxdur: “Mən bu barədə danışmaqdan yorulmuşam artıq. Nə qədər desəm də ki Fikrət Əmirovun belə bir əsəri yoxdur, heç bir faydası olmur. Bir maraqlı məqam da var: ermənilər Fikrət Əmirovun bu əsəri oğurladığını iddia etməklə atamı vururlar. Halbuki dediyim kimi atamın belə bir əsəri yoxdur”.

“Bu, Ara Gevorgyan adlı bəstəkarın “Arsax” kompozisiyasıdır. Fikrət Əmirovun belə bir əsəri yoxdur. Bu bəstəni Fikrət Əmirovun adına yazmaq, həm bəstəkarın, həm də bizim adımıza ləkədir.

Açıq-aydın görünür ki bu musiqi 90-ların arranjesidi. Bu kompozisiya haqqında söz-söhbət olub bir vaxtlar. Gah dedilər Tofiq Quliyevindir, gah dedilər Emin Sabitoğlunun. Amma heç birini sübut edə bilmədilər. O musiqi Azərbaycan musiqisinə intonasiya cəhətdən bənzəyir. Bu da normaldır. Bu xalqlar yüz illərdir qonşudurlar, musiqinin bir-birinə oxşaması təbiidir”.

LuxLife.Az

{youtube}c41SG2oKQws{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol