Azərbaycanda kartof püresi zavodu tikilir

İsmayıllıda kartof yığımına məhsulun daha tez yetişdiyi cənub ərazilərdə, o cümlədən Kürdmaşı, Gəraybəyli, Xəlilli, Mollaisaqlı və digər ərazi vahidlərində başlanılıb

Luxlife.az Azərtac-a istinadən xəbəır verir ki, cari mövsümdə bölgədə 917 hektarda kartof yetişdirilib ki, bu da ötənildəkindən 50 hektar çoxdur.

Artıq bir sıra ərazilərdə kartof müasir texnologiya ilə becərilir. Bu il İsmayıllı şəhər, Talıstan, Kürdmaşı kənd ərazi vahidlərində 200 hektar sahədə əkin və becərmə işləri sənaye üsulu ilə aparılıb.

Bölgədə kartofçuluğun perspektivi nəzərə alınaraq saatda 500 kiloqram yarımfabrikat kartof püresi istehsalı gücünə malik zavod tikilir.

Mütəxəssislər cari mövsümdə rayonda 11 min tona yaxın məhsul götürüləcəyini proqnozlaşdırırlar.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol