Ramal Aygün Kazımovaya “vəzifə verdi” – VİDEO

Müğənni Ramal İsrafilov xalq artisti Aygün Kazımovaya jest edib. 

“10lar”a açıqlama verən ifaçı xalq artisti üçün “Satıcı qız” mahnısını yazıb. Mahnıya çəkiləcək klipdə Ramal Aygün Kazımovanı satıcı qız obrazında gördüyünü deyib: 

“Aygün xanım satıcı qız olacaq. Pul yığmır, sadəcə qəzet satan qızdır”. 

Aygün Kazımova ilə münasibətlərini yoluna qoyan Ramal artıq onların arasına heç kimin girə bilməyəcəyini söyləyib: 

“Bizim aramıza kim girsə, mən hər hansı mahnı ilə o araya girənləri baltalaya bilərəm”. Ramal tez-tez Türkiyədə olan həmkarlarından birinə atmaca da atıb: 

“Divanın atdığı addımları heç kim atmayıb, bundan sonra da atmayacaq. Nəyisə edənlər də hər hansı işi ondan sonra görənlərdir. Divadan sonra gələn gənclər harada parlayırsa-parlasın – istər Türkiyədə, istərsə də Moskvada – Aygün yolu qoyub artıq”. 

LuxLife.Az

{youtube}gelg7aUVc3A{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol