15 dəqiqəyə hazır olan “Fransız salatı”

Luxlife.az saytı 15 dəqiqəyə hazır olan Fransız salatının hazırlanma qaydasını təqdim edir: 

Ərzaqlar:

Alma – 2 ədəd

Yumurta – 4 ədəd

Kök – 2 ədəd

Soğan –1 ədəd

Mayonez – 50 qr.

Pendir – 50 qr.

Hazırlanması:

1-ci lay: soğan irigözlü sürtgəcdən keçirilir, üzərinə qaynar su alınıb, acısı çıxarılır. Sonra tənzifdən keçirilir. Boşqaba yayılır, üzərinə mayonez çəkilir.

2-ci lay: Almanın birini irigözlü sürtgəcdən keçiririk, yayırıq, mayonez çəkirik.

3-cü lay: 2 bişmiş yumurtanı irigöz sürtgəcdən keçirib, yayır, yenə mayonezləyirik.

4-cü lay: 1 kökü sürtgəcdən keçirib, yayır, üzərindən mayonez.

5-ci lay: pendiri xırda sürtgəcdən keçirib, yayır və mayonez çəkilir.

Sonra laylar belə təkrarlanır: 1 ədəd alma, 2 yumurta, 1 kök, pendir.

Zövqə görə göyərti səpə bilərsiz.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol