Əkizlərinin adı bəlli oldu – foto

Xəbər verdiyimiz kimi, ötən həftə müğənni Beyons növbəti dəfə ana olub.

Luxlife.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 36 yaşlı müğənninin reper Cey Zidən əkizləri dünyaya gəlib.

Bu barədə cütlük hələ ki, rəsmi açıqlama verməsə də, lakin onların övladlarına qoyduqları adlar da bəlli olub.

Belə ki, Beyons və Cey Zi qızlarına Bea, oğullarına isə Şon adı veriblər.

Qeyd edək ki, Cey Zinin əsl adı Şon Karterdir. Bea isə Beatris sözünün qısaldılmış formasıdır.

Xatırladaq ki, cütlüyün Blu Ayvi adlı 5 yaşlı bir qızı da var. 

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol