Tuba ilə öpüşəndə narahat oluram” – Kıvanç Tatlıtuğ

“Cesur ve güzel” serialının qəhrəmanı Kıvanç Tatlıtuğ tərəf müqabili Tuba Büyüküstünlə öpüşmək istəməyib. 

Luxlife.az Türkiyə mediasına istinadən xəbər verir ki, serialın son bir neçə bölümündə Kıvançla Tubanın öpüşmə səhnələrinin azalmasının, hətta ssenaridən çıxarılmasının səbəbləri bəlli olub.

“Duymayan kalmasın”ın aparıcısı Seren Serengil canlı efirdə açıqlamasında Tatlıtuğun xanımı Başak Dizer tərəfindən ona öpüşmə vetosu qoyulduğunu deyib. Serengil bunu etibarlı mənbədən öyrəndiyini bildirib.

Bu səbəbdən Kıvanç ssenaristdən “Tuba ilə öpüşəndə narahat oluram” deyərək öpüş səhnələrinin serialdan çıxarılmasını istəyibmiş.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol