Azərbaycan Qran-Prisində evlilik təklifi – FOTO

Formula-1 üzrə Mercedes-AMG komandasının azarkeşi Bakıda öz sevgilisinə maraqlı şəkildə evlilik təklif edib.

Oxu.Az xəbər verir ki, adıçəkilən komandanın azarkeşi Qreyham Barker pit-leyn gəzintisi zamanı sevgilisini Mercedesin qarajına Luis Hemiltonun bolidinə baxmağa dəvət edib.

Q. Barkerin sevgilisi Viktoriya bolidə baxanda avtomaşının üzərində üzük görüb. Daha sonra Viktoriya Barkerin evlilik təklifinə “hə” deyib.

Mercedes-AMG komandası öz fanatına dəstək olaraq planı gerçəkləşiməsinə kömək edib. Bununla əlaqədar komanda twitter səhifəsində təbrik paylaşımı edib: “Şanslı qız HƏ dedi!”

Luxlife.az

{gallery}11{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol