Həyatımın konsertinə hazırlaşıram

Xalq artisti Aygün Kazımova Bodrum istirahətindən qayıdıb.

Luxlife.Az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni İnstaqram-ın canlı yayımına girib və ona ünvanlanan sualları cavablandırıb. A.Kazımova sentyabrda “Crystal hall”da baş tutacaq solo konsertindən danışıb:

“Həyatımın konsertinə hazırlaşıram. Bu ayın sonu artıq biletlər satışa çıxacaq. Bircə onu deyə bilərəm ki, Azərbaycanda belə konserti hələ heç bir həmkarım etməyib. Bu ilk də mənim adımla bağlıdır. Bundan sonra kim edərsə, mən ona uğur arzulayaram”.

Qeyd edək ki, bu il xalq artisti A.Kazımovanın səhnə fəaliyyətinin 30 illiyi tamam olur. Solo konsert də buna həsr olunacaq. Konsert layihəsi üzərində dünyanın bir çox ölkələrindən, o cümlədən İtaliya, Portuqaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və Türkiyədən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser və digər peşəkar işçi heyəti Bakıya gələcək. Yaxın günlərdə Aygün Kazımova mətbuat konfransı edərək, media nümayəndələrinin suallarını cavablandıracaq.

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol