Türkiyədə evlilik proqramlarına qatılan soydalşarımız görün nələr edirmişlər

Türkiyəli məşhur köşə yazarı Emin Çöləşan bu ölkədə yayımlanan evlilik verilişləri haqda maralqı faktlar açıqlayıb.

Yazar “Rəzalət davam edir” adlı yazısında evlilik verillişlərinə qatılan azərbaycanlı xanımlar və bəylər haqda da qeydlər edib.

O deyib ki, bu adamlar Azərbaycandan pul qarşılığında Türkiyəyə dəvət olunur və onlarla hər şey öncədən deyilir: “O verilişə gələn xaricilərin çoxu muzdlu əskərdir. Onların tək məqsədi efirlərdə görünüb, məşhur olmaqdır. Azərbaycan, Türkmənistan, İrandan gələn iştirakçılara deyirlər ki, bu gün sən Əhmədə aşiq olacaqsan, sabah Mehmetə. Onlar da pullarını alıb, özlərini ən axırıncı yola qoyurlar”.

Yazar bu verilişləri kəskin tənqid edib və deyib ki, bu cür verilişləri Türkiyəyə düşmən olan şəxslər hazırlayır: “Eyni anda iki kişiyə aşiq olan qızlar, ablası yaşında qızlara evlənmə təklifi edən 19 yaşlı uşaqlar, qadınların çoxu da boşanmış, adam heç olmasa uşaqlarından utanar. Ancaq bunlarda utanmaq yoxdur, əsas puldur. Pul gəlirsə, hər şey edərlər”

Luxlife.az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol