Əcnəbi ulduzlar Bakıda dəbdəbəli toyda

Rusiyanın xalq artisti Filipp Kirkorov Bakıya gəlib.

Luxlife.az-ın məlumatına görə, müğənninin səfərinin məqsədi burada keçirilən dəbdəbəli toy məclisi olub.

Hazırda əkizləri ilə birlikdə Parisdə olan Kirkorov onları bir günlük tək qoyub Azərbaycana gəldiyini söyləyib:

“Sevimli əkizlərimdən bir günlük ayrıldım. Bakıya, sevdiyim dostlarımı ad günü və toyu münasibətiylə təbrik etməyə gəldim. Sevimli işimi görüb, mənə əziz olan dostlarla gözəl dəqiqələr keçirib yenidən Parisə qayıdıram. Bir neçə yerə bölünürəm. Hər şeyi necə çatdırmaq olar? Son 30 ili belə yaşayıram. Bəlkə ona görə bu qədər işi bacarmışam”.

“Böyük saray”da baş tutan dəbdəbəli toyun qonaqları arasında Vaxtanq Kikabidze, Al Bano və Romina Pover də yer alıblar.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol