Günay oğlu ilə podiuma çıxacaq

Türkiyə vətəndaşı olan azərbaycanlı model Günay Musayeva oğlu Cihangircanla podiuma çıxacaq. 

Bu barədə İnstaqram səhifəsində yazan model budəfəki dəfilədə xeyriyyə məqsədilə iştirak edəcəyini yazıb:

“Canım oğlum sabah çox mühüm bir dəfilənin finalında mənimlə birlikdə podiuma çıxacaq. Bu dəfilənin mühüm olması ona görədir ki, əldə olunan gəlir Daun Sindromu Türkiyə Dərnəyinə bağışlanacaq. Bir dəvətnamə almağınız bu xəstəlikdən əziyyət çəkən uşağın həyata bağlanmasına kömək edəcək. Mən o uşaqları sevirəm. Aprelin 28-də Cihangircanla bayramımızı da onlarla keçirmişdik. Oğlum podiuma çıxacağı və toplanacaq pulun düzgün yerə getdiyinə əmin olduğum üçün bu dəfə təmənnasız iştirakı ürəkdən qəbul etdim. Sabah bütün dostlarımızı “Mehmet Köymen 2016 winter haute couture” moda nümayişində gözləyirik”.

LuxLife.Az 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol