İzzət Bağırov konsert verdi – FOTOLAR 

Müğənni İzzət Bağırzadənin “Yaşıl Teatr”da “Mənim dünyam” adlı solo konserti baş tutub. 

Səhnəyə ilk olaraq konsertin musiqi rəhbəri Hüseyn Məhəmmədoğlu çıxaraq klarnetdə ifa edib. 

Daha sonra yerli “Şaban” şousunu göstərərək tamaşaçıları güldürüb. Səhnəyə ağ kostyumda çıxan 

İzzət konsertinə türkiyəli müğənni İbrahim Tatlısəsin “Mavi mavi” mahnısı ilə başlayıb. O, tamaşaçıları salamladıqdan sonra konsertinə gələnlərə təşəkkürünü bildirib: 

“Ad günümü sevmirəm. Həmin gün telefonumu söndürürəm ki, heç kim təbrik etməsin. Ancaq bu gün mənim üçün ad günümdən də önəmlidir. “Yaşıl Teatr”da ilk dəfədir ki, konsert verirəm”. 

Sənətçi son zamanlar havaların soyuq keçməsinin konsert planlarına təsir edəcəyindən qorxduğunu da dilə gətirib: 

“Dünən pəncərədən baxıb dedim ki, qış gəldi. Yəqin, Allah bu konsertin olmasını istəmir. Amma bu gün havanı belə görüb sevindim. Hətta dünən mənə İnstaqramda yazıb gülürdülər ki, sabah nə edəcəksən? Onlara cavab verirdim ki, inşallah, Allah sizi sevindirməz və sevindirmədi də…”. 

Gecədə sənət dostları da İ.Bağırzadəni tək qoymayıb. Onlardan biri də Elxan Şirinov olub. İzzət həmkarının repertuarından “Başqa birisini sevə bilməzsən” mahnısını səsləndirərkən E.Şirinov da səhnəyə çıxıb. Onlar mahnını duet şəklində oxuyublar. Elxan Şirinov “Mən yenə axşamlar tək dolaşıram” mahnısını solo səsləndirib. 

Daha sonra müğənni Niyam Səlami səhnəyə çıxaraq konsertin baş tutması üçün dualar etdiyini deyib: 

“İzzətin böyük ürəyi var. Ona görə də, sentyabrda belə havada konsert verir. Gecə səhərədək onun üçün dua etmişəm ki, hava yaxşı olsun”. 

İ.Bağırzadəni dinləməyə gələnlər arasında anası, xanımı və üç oğlu – Əli, Rza, Mehdi də olub. 

Konsertdə diqqətçəkən məqamlardan biri də səhnə dekorasiyası olub. Müğənninin daha əvvəlki açıqlamalarında dəfələrlə bəhs etdiyi səhnə dekoru tərifəlayiq olub. Sənətçi açıqlamasında dekorasiyaya 20 min manat xərclədiyini bildirib. 

İfaçı konsertində rejissor Nail Naiboğlunun ekranlaşdırdığı “Ey dost” və Pərviz Oktayoğlunun çəkdiyi /mənbə: axsam.az/

LuxLife.Az

{gallery}izzet_konsert{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol