Ət də bahalaşır

Bakıdakı ət satışı mağazalarında qəssablar qiyməti qaldırıblar.

Mal və qoyun ətinin qiyməti satış yerindən asılı olaraq 1-2 manat artıb. Qəssablar ətin qiymətindəki artımı ölkəboyu yaşanan bahalaşma dalğası ilə əlaqələndiriblər.

Eyni zamanda bildiriblər ki, ətin bahalaşmasının bundan sonra da davam edəcəyi istisna deyil.

Hazırda Bakıda satış yerindən asılı olaraq mal əti 7-8 manata, qoyun əti isə 9-11 manata satılır.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol